|
|
|
|
Türkiyənin Mersin vilayətinin Tarsus kəndində qəbirqazanlar xəzinə tapıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar həmkəndlilərinin dəfninə yer hazırlayarkən torpaqda gizlədilmiş gil qabla rastlaşıblar.
Tapıntını diqqətlə nəzərdən keçirdikdə qabın içərisində xeyli gümüş sikkənin olduğunu görüblər.
Dərhal aidiyyatı orqanlara məlumat verildikdən sonra əraziyə vilayət yetkililəri və arxeoloqlar gəliblər.
Sikkələr polis vasitəsilə muzeyə təhvil verilib. Arxeoloqlar və tarixçilər indi 1100 sikkənin nə vaxt döyüldüyünü araşdırır.
Qeyd edək ki, sikkələr ərazidən aparıldıqdan sonra avtomobil qəzasında həlak olan 26 yaşlı Nuri Kavas xəzinə tapılan qəbirdə dəfn edilib.
L.Tağıyeva