|
|
|
|
Ukraynalıların 40 faizi adi həyatda rus dilindən istifadə edir.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu, "Reytinq" sosialoji qrpunun apardığı sorğudan sonra məlum olub.
Həmin 40 faizin 31 faizi məişətdə hər 2 dildən istifadə edir. 9 faiz isə ancaq rus dilində ünsiyyət qurur.
Rəyi soruşulanların 58 faizi ancaq doğma dillərindən istifadə etdiklərini bildirib.
Qalan 2 faiz isə digər millətlərin nümayəndələridir.
Yeri gəlmişkən, sorğunun nəticəsi elan edildikdən sonra sosial şəbəkələrdə xeyli tənqid olunub.
L.Tağıyeva