|
|
|
|

İtaliya mövqeyini dəyişmir və Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasına dərin zərbələr endirməsinə imkan vermir
İtaliya Ukrayna ilə Rusiya arasındakı münaqişədə Ukraynanın tərəfindədir və Kiyevi dəstəkləməyə davam edəcək. Bununla belə ABŞ-ın ardınca silahlarından Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadəsini təsdiqləməyə hazır deyil.
525.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Antonio Tajani deyib.
“Bizə gəlincə, tutduğumuz xətti davam etdirəcəyik - silahlarımızın yalnız Ukrayna ərazisində istifadəsi mümkündür. Biz xəttimizi dəyişməyəcəyik və bu istiqamətdə irəliləyəcəyik”, - nazir əlavə edib.
O vurğulayıb ki, Rusiya nümayəndələrinin iştirakı ilə yeni sülh konfransının keçirilməsini dəstəkləyir: “Biz Ukraynanın tərəfindəyik və onu dəstəkləməyə davam edəcəyik. Amma bu o demək deyil ki, sülh üçün də çalışmamalıyıq. Biz həmişə deməliyik ki, İsveçrədə keçirilən kimi sülh konfranslarının tərəfdarıyıq. Lakin bu, rusların, çinlilərin, hindlilərin, braziliyalıların iştirakı ilə baş tutmalıdır”.
Pərvanə Sultanova



