|
|
|
|

Futbol üzrə Rusiya milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edə bilməyəcək.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı həmkarlarımızı UEFA-dakı etibarlı mənbə məlumatlandırılıb.
Bu il dekabrın 13-də Sürixdə keçiriləcək püşkatmada Rusiya millisinin adı yenə də olmayacaq.
Qeyd edək ki, UEFA və FİFA 2022-ci ilin yazında Ukrayna ilə münaqişə səbəbindən Rusiya klubları və millilərini bu qurumların bayrağı altında keçirilən bütün beynəlxalq yarışlardan uzaqlaşdırıb.
L.Tağıyeva



