|
|
|
|

Dünyanın ən yaşlı kişisi britaniyalı Con Alfred Tinninvud dünən 112 yaşında Sautport şəhərindəki qocalar evində vəfat edib.
525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Tinninvud 2 il əvvəl 115 yaşlı venesuelalı Xuan Visente Peres Moranın ölümündən sonra dünyanın ən yaşlı kişisi kimi Ginnesin rekordlar kitabına düşmüşdü.
1912-ci il avqustun 26-da Liverpulda doğulmuş Con Alfred ixtisasca mühasib olub. O, "Shell" və BP kimi dünyaca məşhur şirkətlərdə çalışıb. 1972-ci ildə təqaüdə çıxan mərhumun qızı, 4 nəvəsi və 3 nəticəsi var.
Qeyd edək ki, Tinninvud həmçinin, 2-ci dünya müharibəsinin ən yaşlı iştirakçısı idi.
L.Tağıyeva



