https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Ançelotti Mbappe haqda: “Bu cür səhv özünə inamsızlıqdır"

Ançelotti Mbappe haqda: “Bu cür səhv özünə inamsızlıqdır"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Liverpul"a uduzduqları matçdan (0:2) sonra futbolçusu Kilian Mbappe hqqında danışıb.

QOL.az xəbər verir ki, 26 yaşlı hücumçu sözügedən görüşdə penaltini dəqiq yerinə yetirə bilməyib. Bu, fransalı oyunçunun tənqid olunması ilə nəticələnib.

Ançelotti isə Mbappenin penaltidən yararlana bilməməsini belə şərh edib: “Bu cür bir səhv özünə inamsızlıqdır. Bəzən işlərin yaxşı getmədiyi bir an olduqda, fikrinizi sadəcə oynamağa yönəltməlisiniz. Əks-halda hər şeyi bir az daha mürəkkəbləşdirə bilərsiniz. Mbappe indiyədək çoxlu penalti zərbələri vurub. O, işləməli, mübarizəni davam etdirməlidir. Əminəm ki, bu an geridə qalacaq. Bəzən hücumçular üçün də tez-tez qol vurmaq çətin olur".

Qeyd edək ki, Kilian bu yay "Real"a keçib. O, cari mövsüm Mbappe klub üçün bütün yarışlarda 18 matça çıxıb, 9 qol vurub və 2 qolun ötürməsini verib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.