|
|
|
|
Çin Tayvan adminstrasiyası rəhbərinin hər hansı ad və ya bəhanə ilə ABŞ-a səfər etməsinə qarşıdır.
525.az bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
Vahid Çin prinsipinin beynəlxalq münasibətlərin əsas norması və beynəlxalq ictimaiyyətin ümumi konsensusu olduğunu vurğulayan Mao Ninq Ley Sinde administrasiyasının qondarma “diplomatik əlaqələr” qurmuş ölkələrə səfərləri ilə siyasi manipulyasiyalar və separatçı təxribatlar törətdiyinə diqqət çəkib və bunun heç bir nəticə olmayacağını deyib.
O vurğulayıb ki, bu, heç bir şəkildə beynəlxalq ictimaiyyətin vahid Çin prinsipinə möhkəm və qəti öhdəliyini sarsıtmayacaq.
“Çin davamlı olaraq Birləşmiş Ştatlar və Tayvan regionu arasında rəsmi təmaslara, Tayvan administrasiyası rəhbərinin hər hansı ad və ya bəhanə ilə Birləşmiş Ştatlara səfərlərinə və Amerika tərəfinin hər hansı formada “Tayvanın müstəqilliyi”nə can atan separatçılara və onların separatçı fəaliyyətlərinə göz yummasına və ya onu dəstəkləməsinə qarşı çıxıb”, - rəsmi nümayəndə əlavə edib.
Xatırladaq ki, Ley Sinde Sakit okean ada dövlətlərinə səfəri zamanı Havay və Quam adalarında dayanacaq.
Pərvanə Sultanova