|
|
|
|
“Almaniya üçün Alternativ” (AfD) sağçı partiyası Almaniyanı Avropa İttifaqından çıxmağa çağırıb.
525.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri yazıb.
Partiya seçki proqramının layihəsini hazırlayıb. Sənəddə Almaniyanın Aİ-dən çıxması zəruri hesab edilib. Partiya Avropa İttifaqını “maraqlar və iqtisadiyyatlar birliyi” ilə əvəz etməyə çağırır. Bunun üçün ümumxalq səsverməsi tələb olunacaq. AfD, həmçinin ölkənin avro sistemindən çıxmasını müdafiə edir. Siyasətçilər avronun mümkün paralel qorunub saxlanması ilə milli valyutanın dövriyyəyə buraxılmasını təklif edirlər.
Daha əvvəl bildirilib ki, “Almaniya üçün Alternativ” Rusiya ilə ticarət əlaqələrinin bərpasını müdafiə etmək niyyətindədir.
Pərvanə Sultanova