|
|
|
|
Rusiyadan Azərbaycana iki nəfər eksradisiya edilib.
Bu barədə 525.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan vətəndaşları Əskərov Famil Allahverdi oğlu və Abdullayev Zamin Nurəddin oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq 28.11.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.