https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Elmar Baxşıyev: "Hər oyun bizim üçün derbi xarakteri daşıyır"

Elmar Baxşıyev: "Hər oyun bizim üçün derbi xarakteri daşıyır"

"Ağır oyun oldu. Kimə qarşı oynadığımızı bilirdik. "Turan Tovuz" bu mövsüm iddialıdır və meydanda yaxşı işlər görür. Həftə ərzində komandanı buna hazırlayırdıq. Sonda istəyimizə nail olduq. Yolumuza davam edirik".

Bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 15-ci turunda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, uğurlu nəticələrə baxmayaraq, komandasının üzərində təzyiqin olmadığını bildirib: "Əslində komanda stress altında oynamağı bacarmalıdır. Amma birinci turdan üzərimizdə hansısa təzyiq, gərginlik  hiss etməmişik. Komandanı hər zaman stressdən uzaq tutmuşuq". 

Mütəxəssis hücum xəttinin gücləndirmək istədiyini qeyd edib: "Yaxşı, keyfiyyətli futbolçularımız var. Onlardan güc alırıq. Məşqlərdə verdiklərimiz tapşırıqları meydanda icra edirlər. Hücum planında bir qədər artırmalıyıq. Hər oyunda 6-7 real qol epizodu yaradırıq, problem onları realizə etməklə bağlıdır. Bunun üzərində işləməli, kreativliyi artırmalıyıq". 

E. Baxşıyev 1 dekabrda keçiriləcək "Neftçi" - "Qarabağ" matçından da söz açıb: "Rəqiblərimizin qarşılaşmalarından çox öz oyunlarımıza diqqət edir, köklənirik. Hər oyun bizim üçün derbi xarakteri daşıyır". (QOL.az )

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.