|
|
|
|

İndoneziyada 7 metrlik piton əkin sahəsini yoxlayan 30 yaşlı fermeri udub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Şimali Luva bölgəsində baş verib.
Piton əvvəlcə Peko adlı kişini boğub, daha sonra isə udub.
Faciədən ilk xəbər tutan mərhumun baldızı olub. Pekonun qayıtmamasından narahat olan qız sahəyə gedib və şikarını həzm edən pitonla rastlaşıb. O, dərhal kömək çağırsa da, gec olub.
Qeyd edək ki, yerli polis idarəsindən verilən məlumata görə, Pekonun cəsədi kəndlilərin köməyilə pitonun qarnından çıxarılıb və yaxınlarına təhvil verilib.
L.Tağıyeva



