|
|
|
|

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ordusu gecə saatlarında ölkəsinə rekord sayda pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə PUA-dan hücumlar təşkil etdiyini qeyd edib.
Sözügedən hücumun bu günə qədər həyata keçirilən ən intensiv PUA hücumlarından biri olduğunu ifadə edib Zelenski.
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin işi nəticəsində 80-ə yaxın PUA-nın məhv edildiyi, 90-dan çoxunun isə yolunu tapa bilmədiyi üçün itkin düşdüyü barədə məlumatı paylaşan Zelenski, Ternopil bölgəsində elektrik enerjisinin verilişində fasilələr olduğunu bildirib.
Rusiyanın istifadə etdiyi PUA-larda xarici komponentlərin olduğunu qeyd edən Zelenski, “Bu hücumlar ancaq Rusiyanın müxtəlif planlarla sanksiyaları aşa bilməsi sayəsində mümkündür” deyib.
Malik Atilay



