|
|
|
|

Cənubi Koreya Koreya müharibəsində Şimal tərəfində döyüşərkən həlak olan 43 Çin əsgərinin sümüklərini Pekinə qaytarıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, Çin Könüllü Ordusunda döyüşən 43 əsgərin sümükləri Cənubi Koreya tərəfindən geri qaytarılıb.
Bildirilib ki, əsgərlərin sümükləri Çinin şimal-şərqindəki Liaonin əyalətinin inzibati mərkəzi olan Sinyan şəhərindəki hərbi qəbiristanlıqda basdırılacaq.
Xəbərə görə, 2014-cü ildən bəri Koreya müharibəsində həyatını itirən 981 çinli əsgərin sümükləri Çinə qaytarılıb.
Qeyd edək ki, Çin, 1950-1953-cü illər arasında Koreya müharibəsində Cənubi Koreyaya dəstək verən ABŞ-ın rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) qüvvələrinə qarşı Şimali Koreyanı dəstəkləyib.
Malik Atilay



