|
|
|
|

Venesuela hökuməti ABŞ-ın elan etdiyi yeni sanksiyaların ölkə vətənpərvərlərini hədəf aldığını və bu qərarlara boyun əyməyəcəklərini bəyan edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela hökuməti öz internet səhifəsində verdiyi açıqlamada ABŞ-ın hakim partiyaya yaxın yüksək səviyyəli şəxslərə qarşı sanksiyalarını pisləyib.
Açıqlamada ABŞ-ın təktərəfli zülmkar qərarlarına boyun əyməyəcəyi vurğulanıb və "Bu, eqoist, səhv və çarəsiz bir hökumətin hərəkətidir. Biz bunu seçkilərdəki uğursuzluğu və sosial böhranı ölkə daxilində gizlətmək cəhdi olaraq görürük. ABŞ hökuməti bu sanksiyalarla öz ölkəsindəki daxili problemləri ört-basdır etməyə çalışır." bəyanatda deyilib.
ABŞ tərəfindən sanksiya tətbiq edilən yüksək səviyyəli venesuelalılara Prezident Aparatının naziri Anibal Koronado, Rabitə naziri Freddi Nanez, Həbsxana Xidmətləri Naziri Xulio Qarsiya Zerpa, Bolivar Milli Qvardiyası, Bolivar Milli Polisi, Bolivar Milli Kəşfiyyat Xidməti (SEBIN) daxil edilib.
Malik Atilay



