|
|
|
|

Dünən Tbilisidə keçirilən etiraz aksiyası zamanı 44 nəfər xəstəxanaya yerləşdirilib.
525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Onlardan 27-si etirazçı, 16-sı hüquq-mühafizəçi və 1-i jurnalistdir.
Qeyd edilir ki, zərərçəkənlərdən bəziləri tibbi müəssisələrdən ayrılıb, bəziləri isə həkimlərin nəzarəti altında klinikada qalır.



