Ukrayna ordusu itirilmiş əraziləri geri qaytarmaq gücündə deyil.
525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Kyodo”ya müsahibəsində bildirib.
Bundan əvvəl Ukrayna lideri ölkənin 1991-ci ildəki sərhədlərinə qayıdana qədər münaqişəni davam etdirməli olduğunu söyləmişdi. Lakin “Kyodo” agentliyinin əməkdaşı ilə söhbətində o, böhranın “çətin dövrə” keçdiyini vurğulayıb.
“Ordumuzun buna gücü çatmır. Bu, həqiqətdir”, - deyə Zelenski bildirib.
İbrahim Cəfərov