Milli Birlik partiyasının rəhbəri Jordan Bardella “möcüzə baş verməsə” Fransa hökumətinə etimadsızlıq səsverməsi vəd edib.
525.az xəbər verir ki, bu barədə o, RTL radiostansiyasına müsahibəsində bildirib.
O deyib ki, baş nazir Mişel Barnier Fransa prezidenti Emmanuel Makronun siyasətini davam etdirməyə başlayan kimi Milli Birlik hökumətə etimadsızlıq səsverməsi keçirəcək. Partiya son anda bir möcüzə baş verməsə etimadsızlıq səsverməsi üçün səs verəcək. Eyni zamanda, Bardella möcüzə gözləmədiyini etiraf edib.
Onun sözlərinə görə, Barnier parlamentdə çoxluğa malik olmayan və ölkədə demokratik legitimliyə malik olmayan hökumətə rəhbərlik etdiyini unudub.
"O, özünü bütün müxalifət partiyaları ilə danışmağa hazırlaşan baş müzakirəçi kimi təqdim etdi, lakin Milli Birlik ilə bu söhbəti uzun müddət təxirə saldı", - Bardella söyləyib.
Pərvanə Sultanova