|
|
|
|
Dünən axşam Fransanın Porte-Pyuymorens kurort şəhəri yaxınlığında turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qayaya çırpılan mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimal kimi qəzanın qaranlıqda Andorradan Barselonaya qayıdan mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə 100-dən çox xilasedici və yaralıları xəstəxanaya daşımaq üçün 5 helikopter cəlb edilib.
Qeyd edək ki, turistlərin hamısı İspaniya və Kolumbiya vətəndaşlarıdır.
L.Tağıyeva