|
|
|
|
Berlində naməlum şəxsin məktəbə gözyaşardıcı qaz buraxması nəticəsində 44 şagird zərər görüb.
525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, onlardan 22-i xəstəxanaya yerləşdirilib, 1 uşağın vəziyyəti ağırdır.
Zərərçəkmişlərin hamısı gözlərinin yaşarmasından və nəfəs yollarının qıcıqlanmasından şikayətləniblər.
Qeyd edək ki, yerli polis baş vermiş insidentlə başlı araşdırma aparır. Hələlik hadisəni törədənin şəxsiyyəti müəyyənləşdirilməyib.
L.Tağıyeva