|
|
|
|

Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın şimal-qərbində İdlibin müxtəlif nöqtələrinə endirdiyi hava zərbələri nəticəsində 17 nəfər həyatını itirib, 55 nəfər isə yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Mülki Müdafiə mənbələrindən əldə edilən məlumata görə, İdlibin mərkəzindəki İbn-i Sina xəstəxanasına 3 hava zərbəsi nəticəsində 8 nəfər həyatını itirib, 43 nəfər yaralanıb.
İdlibin şimalındakı Maarratmisrin bölgəsinə endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb.
Rusiyaya məxsus döyüş təyyarələrinin İdlibin cənubundakı Maaratunnuman bölgəsinə təşkil etdiyi hava hücumunda isə 2 nəfər həyatını itirib.
Bundan əlavə, Bəşər Əsəd rejiminə aid döyüş təyyarələri Hələbin şəhər mərkəzində, əsasən xristianların məskunlaşdığı Məhattat Bağdad məhəlləsinə hava hücumu həyata keçirib.
Malik Atilay



