|
|
|
|

Noyabrın 27-də Namibiyada keçirilən ümumi seçkilərin qeyri-rəsmi nəticələrinə görə, 34 ildir hakimiyyətdə olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) namizədi Nandi-Ndaitva ölkənin ilk qadın prezidenti seçilib.
525.az xarici KİV-ə istinadən bildirir ki, Namibiya Seçki Komissiyasının (NEC) məlumatına görə, SWAPO-nun namizədi Nandi-Ndaitva 57,6 faiz səs toplayıb.
Beləliklə, hazırkı vitse-prezident Nandi-Ndaitvah Namibiyanın ilk qadın prezidenti olub.
Qeyd edək ki, Nandi-Ndaitvanın ən yaxın rəqibi, Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər (IPC) partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının (PDM) namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.
Malik Atilay



