|
|
|
|

Ötən ay Cənubi Koreyanın cənubundakı Ceju adasına səfər edən Vyetnam turist qrupunun 38 nəfərindən xəbər alınmayıb.
525.az xarici KİV-ə istinadən bildirir ki, Yonhap-ın xəbərinə görə, mövzu ilə bağlı Ceju Turizm Təşkilatından açıqlama verilib.
Açıqlamada, noyabrın 14-də Vyetnamın Nha Trang şəhərindən Jeju adasına gələn 90 nəfərlik turist qrupundan 38 nəfərin noyabrın 17-də geri dönüş təyyarəsinə minmədiyi açıqlanıb.
İtkin düşən vyetnamlı turistlərin harada olduğunu müəyyən etmək üçün başladılan istintaqın davam etdiyi öyrənilib.
Malik Atilay



