|
|
|
|
Qazaxıstanın xüsusi xidmət orqanları dörd terror aktının qarşısını alıb.
525.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Ermek Saqimbayev bildirib.
Bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Ermek Saqimbayevlə görüşüb. Görüş zamanı Milli Təhlükəsizlik Komitəsinin rəhbəri dövlət başçısına il ərzində qarşısı alınmış terror aktları barədə məlumat verib. O qeyd edib ki, 84 nəfər terrorçuluq və ekstremizmdə iştiraka görə məhkum edilib.
Saqimbayevin sözlərinə görə, terrorçuluqda ittiham olunaraq axtarışda olan 6 Qazaxıstan vətəndaşı Suriya və Türkiyədən ekstradisiya edilib. Həmçinin Qazaxıstan hakimiyyəti terrorizm və ekstremizmlə məşğul olan 824 əcnəbinin ölkəyə giriş cəhdinin qarşısını alıb.
İbrahim Cəfərov