"Yaxın illərdə Azərbaycanda qüvvədə olan ənənəvi dərsliklərdən imtina oluna bilər".
Bunu 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Nazir bildirib ki, məktəblərə indiki İPAD-lardan bir qədər böyük cihaz veriləcək. Həmin cihaz vasitəsilə müəllim bütün sinfi idarə edə biləcək:
“İstənilən vaxt bu cihaz vasitəsilə uşaqlar arasında interaktiv əlaqə də yaratmaq mümkün olacaq”.
S.QARAYEVA