İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa estetik əməliyyatlar üçün yaş həddinin qızlar üçün 14, oğlanlar üçün isə 16 yaşa endirildiyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinə (İSNA) danışan Rezmpa mövzu ilə bağlı məlumat verib.
“Elmi baxımdan bu yaş azalıb və qızlar 14, oğlanlar isə 16 yaşından əməliyyat oluna bilər”, - deyə Rezmpa qeyd edib.
Daha əvvəl yaş həddinin 18 olduğunu vurğulayan Rezmpa, estetik əməliyyatların yalnız yaşa görə deyil, həm də böyümə, fiziki və psixoloji inkişaf, mənəvi və şəxsi yetkinlik kimi faktorlarla əlaqəli olduğunu bildirib.
Rezmpa həmçinin ölkədə plastik əməliyyatlara tələbatın artdığını qeyd edib, lakin aparılan əməliyyatların sayı ilə bağlı məlumat paylaşmayıb.
Malik Atilay