İranın cənubundakı Buşehr əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzi zəlzələnin episentrinin Buşehr əyalətinin Cam şəhəri olduğunu açıqlayıb. Zəlzələ yerli vaxtla saat 20:29-da qeydə alınıb.
Yeraltı təkanlar yerin 20 kilometr dərinliyində baş verib. Hazırda hər hansı can itkisi və ya maddi zərər barədə məlumat verilməyib.
Malik Atilay