Şimali İngiltərənin Yorkşir bölgəsində yerləşən tarixi Ripli qəsri satışa çıxarılıb.
525.az Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, 700 il əvvəl inşa olunmuş tikilinin ilkin qiyməti 23 milyon avrodan bir qədər çoxdur.
13-cü əsrin əvvəllərində tikilən qəsrin ilk sahibi Edelen Tvenq olub. Daha sonra ser Tomas İnqilbiyə bağışlanan tikilinin indiki sahibi məhz İnqilbi nəslinin davamçılarıdır.
Qeyd edək ki, tarixi qala YUNESKO-nun birinci dərəcəli Dünya İrs Siyahısına daxil edilib. 176 hektar park, bağ və kənd təsərrüfatı torpaqları olan malikanə tikilmə dövrünə aid memarlıq elementləri ilə bəzədilib.
L.Tağıyeva