
Azərbaycanın NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) qoşulması üçün texniki razılaşma imzalanıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə MN məlumat yayıb.
Qeyd olunub ki, sənədə imzanı DGMM sponsor ölkələri - Türkiyə, Portuqaliya, Rumıniya, Yunanıstan və Azərbaycan nümayəndələri atıb:
“Bu tənzimləmə (sənəd) ilə NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində Azərbaycan bayrağı dalğalanacaq və mərkəzdə Azərbaycanlı şəxsi heyət daimi fəaliyyət göstərəcək”.
Foto



