|
|
|
|

Moskvanın Taqansk rayon Məhkəməsi "Telegram" messencerini cərimə edib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb "Telegram"ın qadağan olunmuş informasiyanı silməməsidir.
Cərimənin məbləği 3,5 milyon rubldur. Başqa sözlə, 40 min 400 ABŞ dolları.
Qeyd edək ki, bir qədər əvvəl başqa qayda pozuntusuna görə "Telegram" 80 min rubl (923 dollar) məbləğində də cərimə olunmuşdu.
L.Tağıyeva



