
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi Maştağa qəbiristanlığında dəfn edilib.
525.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.
xxx
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.
525.az xəbər verir ki, bu barədə “Report”a onun oğlu Toğrul Mehdi deyib.
Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin isə Fəlsəfə fakültəsinin məzunu olub.
O, ədəbi fəaliyyətə 1970-ci illərdə başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edilməsində xidmətləri olub.
Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olaraq dövri mətbuatda müntəzəm çıxışlar edib.



