|
|
|
|

Hadisə bu gün yerli vaxtla 15:30-da (Bakı vaxtı ilə 16:30) Sankt-Peterburqda baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lenin prospektində hərəkətdə olan avtobus yol kənarında dayanan bir neçə avtomobilə dəydikdən sonra gəldiyi sürətlə dayanacağa çırpılıb.
Dayanacaqda avtobus gözləyən 3 nəfər xəsarət alıb. 1 nəfər isə dünyasını dəyişib. Ölənlərin sayının artacağı istisna olunmur.
Qeyd edək ki, hadisə yerində ekspertlər işləyir. Qəzanın ilkin səbəbi kimi sürücünün idarəetməni itirməsi göstərilir.
L.Tağıyeva



