|
|
|
|

Bu gün İran Parlamentində (İslam Şurası Məclisi) iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatinin impiçmentinə dair məsələ müzakirəyə çıxarılıb.
525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, səsvermə zamanı 182 deputatın lehinə, 89 deputatın əleyhinə səs verməsi, 1 səsin etibarsız sayılması ilə nazirə etimadsızlıq göstərilib.
İslam Şurası Məclisində Rəşti təmsil edən Cabbar Kuçkinejad deyib ki, iqtisadiyyat naziri Abdolnaser Hemmati yenidən parlamentdə etimad səsi qazana bilməyib və vəzifəsindən uzaqlaşdırılıb.



