https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Avropa Cüdo Birliyinin prezidenti “Judo Club 2012”də olub

Avropa Cüdo Birliyinin prezidenti “Judo Club 2012”də olub

Avropa Cüdo Birliyinin (EJU) prezidenti Laszlo Toth ölkəmizdə səfərdədir.

525.az xəbər verir ki, macarıstanlı mütəxəssis səfər çərçivəsində “Judo Club 2012”nin qonağI olub.

Martın 2-də keçirilən görüşdə "Azman Holdinq" şirkətinin media meneceri Xanlar Məmmədov, "Judo Club 2012"nin icraçı direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynov iştirak ediblər. Fariz Hüseynov ölkəmizdə, cüdonun inkişafı üçün hər cür şəraitin olduğunu qeyd edib.

Klubun zalları və yenilənmiş infrastrukturu ilə yaxından tanış olan Laszlo Toth Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun klubda cüdonun inkişafı üçün yaratdığI şəraiti yüksək qiymətləndirib.

Bildirib ki, müasir standartlara cavab verən klubda uğurlu nəticələr əldə etmək üçün hər cür şərait var. O, söhbət zamanı Azərbaycan Cüdo Federasiyası ilə EJU arasında əlaqələrdən danışaraq bu əlaqələrin son vaxtlar daha da genişləndiyini diqqətə çatdırıb.

Dəfələrlə Azərbaycanda səfərdə olduğunu deyən L.Toth ölkəmizdə cüdonun inkişafı ilə bağlı məqsədyönlü iş aparıldığını qeyd edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.