https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Fonseka tarixi cəza ilə üz-üzə

Fonseka tarixi cəza ilə üz-üzə

"Lion"un baş məşqçisi Paulo Fonseka tarixi cəza ala bilər.

QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Mütəxəssis Liqa 1-in 24-cü turunda "Brest"lə matçın 90+4-cü dəqiqəsində mümkün penalti epizodunu yoxlamaq üçün VAR-a yaxınlaşan baş hakim Benoit Milyoya sərt reaksiya göstərib.

Həmin vaxt referi Fonsekanı qırmızı vərəqə ilə cəzalandırıb. Baş məşqçi isə daha da əsəbiləşərək hakimə hücum edib. Onu futbolçular sakitləşdiriblər.

Xəbərdə bildirilib ki, Fonseka bu hərəkətinə görə bir neçə aylıq futboldan kənarlaşdırıla bilər. Hətta cəzanın 7 ay olması ehtimalı da var. 

Qeyd edək ki, Fonseka bu ilin yanvar ayının 31-də "Lion"a baş məşqçi təyin olunub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.