https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/398505_iynksz8jz6.jpg Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
search
27 İyul 2026
26 İyul 2026
25 İyul 2026
24 İyul 2026

Elçin Məsiyevin Avropa çempionatına təyinat alması haqda

Elçin Məsiyevin Avropa çempionatına təyinat alması haqda

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alması haqda danışıb.

QOL.az xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında vəzifəsini yüksək səviyyədə yerinə yetirmək üçün əlindən gələni edəcəyini deyib:

“Çox sevincliyik, olduqca vacib təyinatdır. Bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir. Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.