https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Messi bu oyunu da buraxacaq

Messi bu oyunu da buraxacaq

"İnter Mayami"nin hücumçusu Lionel Messi KONKAKAF Çempionlar Kuboku çərçivəsində "Kavaliers"lə matçı buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.

37 yaşlı forvard zədəli olmasa da, baş məşqçi Xavyer Maskerano ona daha bir neçə günlük istirahət şansı verib. Mütəxəssis Messinin sağlamlığını riskə atmaq istəmir.

Ulduz futbolçu fevralın 26-da “Sportinq Kanzas Siti” ilə matçda əzələ narahatlığı yaşayıb. Messi martın 3-də "İnter Mayami"nin "Hyuston Dinamo" ilə oyununda (4:1) da iştirak etməyib.

Qeyd edək ki, "İnter Mayami" - "Kavaliers" matçı Bakı vaxtı ilə bu gecə saat 03:00-da başlayacaq. Messi cari mövsüm komandası ilə 3 görüşə çıxıb, 2 qol vurub və 2 qolun ötürməini verib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.