|
|
|
|
Rusiyanın enerji şirkəti "Qazprom" xəbərdarlıq edib ki, Avropa etibarlı təbii qaz təchizatçıları tükənir və gələn qış yeraltı anbarları doldurmaqda çətinlik çəkəcək.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, Qazprom-un bəyanatında Avropa təbii qaz sektorunda baş verən hadisələrlə bağlı qiymətləndirmələr yer alıb. Avropa ölkələrinin yeraltı anbarlarındakı təbii qazı sürətlə tükəndirdiyinə diqqət çəkən açıqlamada, 28 fevral tarixinə anbarlarda 39,2 milyard kubmetr qazın qaldığı bildirilib.
Açıqlamada hava istiliyinin mövsümi normalar daxilində olmasına baxmayaraq Avropada istehlakın yüksək səviyyədə olduğu vurğulanıb.
Ukrayna müharibəsindən əvvəl Avropanın ən böyük təbii qaz tədarükçüsü olan Qazprom, təxminən 50 il davam edən boru kəməri investisiyaları ilə qitədəki bazar payını 2022-ci ilə qədər 40 faizə çatdırmışdı.
Sanksiyalar səbəbiylə ABŞ, Qətər və Norveç kimi mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçülərinə müştərilərini itirən Qazprom, keçən il Avropaya təxminən 15 milyard kubmetr təbii qaz nəql edərkən, 2021-ci ildə söz mövzusu həcm 201,7 milyard kubmetr idi.
Ləman İlkin