https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

40 il sonra ilk dəfə...

40 il sonra ilk dəfə...


"Aston Villa" 40 il sonra ilk dəfə Çempionlar Liqasının 1/4 finalında mübarizə aparacaq.

QOL.az xəbər verir ki, Unay Emerinin baş məşqçilik etdiyi komanda ötən gün 1/8 finalın cavab oyunları çərçivəsində "Brügge"yə qalib gəlib - 3:0. İngiltərə təmsilçisi ilk görüşdə də Belçika klubunu üstələmişdi - 3:1.

"Aston Villa" ümumilikdə 6:1 hesablı qələbə ilə 1/4 finala adlayıb.

Komanda buna 40 il sonra ilk dəfə nail olub. "Aston Villa" son dəfə 1982/83 mövsümündə turnirdə 1/4 finala adlamağı bacarmışdı. Həmin vaxt liqa Avropa Çempionlar Kuboku adlanırdı. 

Qeyd edək ki, “Aston Villa” 1/4 finalda Fransa PSJ-si ilə qarşılaşacaq. İlk oyun aprelin 8-də, cavab matçı isə aprelin 15-də keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.