https://525.az/img/pics/medium/2025-03/346607_34uxw7dw3e.jpeg Mona Lizanı məşhur edən səbəb - Da Vinçi sirləri, yoxsa oğurluq?
https://525.az/img/pics/medium/2025-03/346576_qd3tojhbid.jpg “525-ci qəzet”in 15 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-03/346567_xg53x4cnt7.jpg ŞİRİN (DİL) BİR XATİRƏTƏK
https://525.az/img/pics/medium/2025-03/346565_ckqdgu3e9e.jpg Laçının özü kimi...
search
15 Mart 2025
14 Mart 2025

Kurtua Simeonenin cavabını verdi

Kurtua Simeonenin cavabını verdi

"Real"ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasında 1/4 finala adlamaqlarından danışıb.

QOL.az xəbər verir ki. onun komandası ötən gecə "Atletiko" ilə cavab görüşündə 0:1 hesabı ilə uduzub. İlk oyunda "Real" 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Bu zaman komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə "kral klubu" üstün olaraq mərhələ adlayıb - 4:2.

Oyundan sonra "Atletiko"nun baş məşqçisi Dieqo Simeone futbolçusu Xulian Alvaresin penalti yerinə yetirdiyi vaxt Kurtuanın qaydanı pozduğuna dair açıqlama verib. 32 yaşlı qolkiper isə mütəxəssisin fikirlərinə belə münasibət bildirib: 

“Hər kəsin qurban rolunu oynamasından və hər zaman ağlamasından bezmişəm. Nə İspaniyada, nə də Avropada heç bir hakim hansısa komandaya üstünlük vermir. Məncə, onlar hər şeyi aydın gördülər, ona görə də fit çaldılar. İnsanlar səhv edə bilər. Amma hakimlər hər şeyi görürdülər. Əgər ilk dəqiqədən 1:0 hesabı ilə qalib gəldiyin halda 2-ci qolu vura bilmirsənsə, bu, sənin günahındır”.

Qeyd edək ki, "Real" 1/4 finalda "Arsenal"la qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.