https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Vəziyyətimizi dəyərləndirmək üçün yaxşı sınaqdır"

"Vəziyyətimizi dəyərləndirmək üçün yaxşı sınaqdır"

Haiti millisinin hücumçusu Fratsdi Pyero sabah Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşü haqda danışıb. 

525.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib: "Sabahkı oyunda qələbə qazanmaq istəyirik. Bilirik ki, çətin olacaq, çünki rəqib çox yaxşı komandadır. Xüsusilə də öz vəziyyətimizi dəyərləndirmək üçün bu matç yaxşı sınaqdır. Qarşıda dünya çempionatının təsnifat mərhələsi və yayda keçiriləcək "Gold Cup" var".

AEK-də çıxış edən futbolçu "uzaq məsafədən gəlməyiniz oyuna təsir edə bilər?" sualına belə cavab verib: "Oyunçularımızın əksəriyyəti Avropada çıxış edir. Mən özüm Yunanıstanda oynayıram. Bizim Türkiyədə, Fransada çıxış edən futbolçularımız var. Ona görə də çox uzaq deyil idi. Belə olmasaydı da, bu, bizim üçün bəhanə ola bilməzdi. Bura gəlib ən yaxşı oyunumuzu ortaya qoymağa çalışacağıq". (QOL.az)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.