https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Azərbaycan yunan-Roma güləşçiləri toplanışa start veriblər

Azərbaycan yunan-Roma güləşçiləri toplanışa start veriblər

Azərbaycan yunan-Roma güləşçilərinin toplanışına bu gün start verilib.

525.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışı Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir.

Sərbəst güləş üzrə yığma geniş heyətlə Qubada təlim-məşq toplanışını davam etdirir. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil olunan toplanışa gənclərdən ibarət milli də qatılıb.

Yunan-Roma və qadın güləşi üzrə yığmalar da məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında davam etdirir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaq.

“Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcəklər.

Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.