https://525.az/img/pics/medium/2024-11/334579_pgps7z3nkz.jpg Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
https://525.az/img/pics/medium/2023-03/261149_lh9qbcfwzl.jpg Mədəniyyət Tarlamızın fədakar Əkinçisi - Azərbaycan mətbuatı-150
https://525.az/img/pics/medium/2025-04/350115_y0lk3miryt.jpg Yanğına görə yollardakı məhdudiyyət götürüldü
https://525.az/img/pics/medium/2025-04/350103_no68863f0i.jpg DİN-dən antinarkotik təbliğatı ilə bağlı SOSİAL ÇARX
search
21 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025

"Son oyunda Azərbaycana uduzmağımız bizim üçün motivasiya ola bilər"

"Son oyunda Azərbaycana uduzmağımız bizim üçün motivasiya ola bilər"

"İki fərqli ot örtüyündə oynamaq çətindir. Həmçinin iki fərqli iqlimi olan ölkədə oynayırıq".

525.az xəbər verir ki, bu sözləri Belarus millisinin baş məşqçisi Karlos Alos Azərbaycan yığması ilə sabah keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib. 

O, komandasında hər hansı itkinin olmadığını bildirib: "Bundan əvvəl Türkmənistanda oyunumuz olmuşdu. Orda həm süni örtükdə oynamışdıq, həm də hava isti idi. Amma bura tez gəlmişik. Adaptasiya keçmişik və hazırıq. Hamı oyuna hazırdır. Hər hansı problem yoxdur. Bircə qalır sabahkı oyunun heyəti üçün yekun qərarın verilməsi". 

K.Alos qeyd edib ki, Haitiyə 0:3 hesabı ilə uduzması və Millətlər Liqasındakı uğursuzluqların yaratdığı təzyiq Azərbaycan millisi üçün sabahkı oyunda çətinlik yaratmamalıdır: "Futbolda hər zaman təzyiq var. Biz də məğlub olsaq, təzyiq altında olacağıq. Rəqibimiz çox yaxşı komandadır. Onlara hörmətlə yanaşırıq. Biz Azərbaycandakı son oyunumuzda uduzmuşduq. Bu məğlubiyyət də komandamız üçün motivasiya ola bilər. Sabah meydana qələbə üçün çıxacağıq. Eyni zamanda nələrisə sınaqdan keçirməyə çalışacağıq. Çünki bu, yoldaşlıq oyunudur".

İspaniyalı mütəxəssis "Fernando Santuşun artıq bir oyun stili var.

Siz də ona uyğun hazırlıqlarınızı aparmısınız" sualını isə belə cavablandırıb: "Santuş top səviyyəli məşqçilərdəndir. Ona hörmətim böyükdür. Klub səviyyəsində “Porto”, “Benfika”, milli səviyyədə isə Portuqaliya kimi komandaya rəhbərlik edib. Oyun üslubuna gəldikdə, şərtlər və oyunçular fərqli olub. Ona görə də fərqli komandalarla oyun üslublarını müqayisə etmək çətindir. Biz sadəcə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, Azərbaycan - Belarus oyunu sabah saat 21:45-də başlanacaq. (QOL.az) 

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.