https://525.az/img/pics/medium/2024-01/300895_yt4bap2phx.jpg Bahar yorğunluğu - Aytac Sahəd yazır
https://525.az/img/pics/medium/2025-04/350143_371zf7paim.jpg "Mən Heydər Əliyevə sonsuz məhəbbət bəslənən bir ailədə böyümüşəm"
https://525.az/img/pics/medium/2024-11/334579_pgps7z3nkz.jpg Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
https://525.az/img/pics/medium/2023-03/261149_lh9qbcfwzl.jpg Mədəniyyət Tarlamızın fədakar Əkinçisi - Azərbaycan mətbuatı-150
search
21 Aprel 2025
20 Aprel 2025

“Gənclərimizin xarakter nümayiş etdirmələri məni sevindirdi” - Ayxan Abbasov

“Gənclərimizin xarakter nümayiş etdirmələri məni sevindirdi” -  Ayxan Abbasov

“Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə yoxlama matçlarında xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik”.

525.az xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı zamanı Şimali Makedoniya yığması (0:0) ilə keçirilən yoxlama görüşündən sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis hər bir futbolçuya şans vermək istədiyini söyləyib: “Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır. Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik”.

Qeyd edək ki, U-21 toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə heç-heçə edib (0:0).

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.