https://525.az/img/pics/medium/2023-11/289598_lxki91c3kf.jpg Unudulmaz adlar, işıqlı xatirələr...
https://525.az/img/pics/medium/2025-04/349930_69wjxif7i2.jpg Bizim Eyvaz
https://525.az/img/pics/medium/2025-04/349931_38n7smxcx3.jpg Qərbi Azərbaycana aid el-oba adlarımız
https://525.az/img/pics/medium/2025-01/340760_6u0p40oexn.jpg İncə bir SOS: Sənətin Sosial Taleyi - Şahanə Müşfiq yazır
search
18 Aprel 2025

Millimizin baş məşqçisindən 2:10 məğlubiyyətinə şərh

Millimizin baş məşqçisindən 2:10 məğlubiyyətinə şərh

"Rəqibimiz güclü komandadır. Həm də kifayət qədər təcrübəlidirlər. Taktiki, texniki və fiziki baxımdan hazırlıqlı idilər".

525.az xəbər verir ki, bu sözləri Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin baş məşqçisi İlqar Aslanov Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina ilə oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.


O, komandasının 2:10 hesabı ilə uduzduğu matçı belə şərh edib: "Qrupumuzda 1-ci yer uğrunda mübarizə aparacaq əsas komandalardandır. Oyunumuz da alınmadı, uşaqlar sanki start həyəcanını boğa bilmədilər. Nəticədə hesab erkən açıldı. Kodub səhvlər etdik və onlar da bundan maksimum faydalandılar. 

Onların ilk saniyədən pressinq edəcəklərini demişdik. Ümumiyyətlə, necə oynayacaqlarını başa salmışdıq. Hətta oyunlarını da izləmişdik. Amma komandam deyiləni edə bilmədi. Bir tərəfdən qınamıram, çünki bu səviyyəli oyunlarda iştirak etməyiblər. Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq. Dediklərimizi bu gün meydanda gördülər. Yəqin kii, bundan nəticə çıxaracaqlar”. (QOL.az) 

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.