https://525.az/img/pics/medium/2023-11/289598_lxki91c3kf.jpg Unudulmaz adlar, işıqlı xatirələr...
https://525.az/img/pics/medium/2025-04/349930_69wjxif7i2.jpg Bizim Eyvaz
https://525.az/img/pics/medium/2025-04/349931_38n7smxcx3.jpg Qərbi Azərbaycana aid el-oba adlarımız
https://525.az/img/pics/medium/2025-01/340760_6u0p40oexn.jpg İncə bir SOS: Sənətin Sosial Taleyi - Şahanə Müşfiq yazır
search
18 Aprel 2025

Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb.

525.az-a bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Rumıniyanın Eforie Nord şəhərindəki Avropa çempionatında təmsilçilərimizdən ən yaxşı nəticəni Nicat Abasov əldə edib.

Son turda heç-heçə oynayan qrossmeyster 8 xalla 8-ci yeri tutub. 11-ci turu qələbə ilə başa vuran Read Səmədov ilk "20-liy"ə daxil olub.

Reqlamentə əsasən, Avropa çempionatında turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunda iştirak imkanı qazanıb.

Yekun sıralamada 12-ci yeri tutan Read Səmədov bu il baş tutacaq Dünya Kubokunda mübarizə aparacaq. Eyni zamanda ilk 20-likdə olan şahmatçılardan bəziləri əvvəlki yarışlarda Dünya Kubokuna vəsiqə əldə etdiyinə görə 23-cü yerdə qərarlaşan Əhməd Əhmədzadə də mötəbər yarışda iştirakını rəsmiləşdirib.

Qitə çempionatında Read Səmədov ikinci qrossmeyster (GM), Şahin Vəliyev isə ilk beynəlxalq usta (IM) balını toplayıb. Ümid Aslanov 2300 reytinqi keçərək FIDE ustası (FM) titulunu əldə edib.

Qeyd edək ki, çempionatı 8-ci yerdə başa vuran Nicat Abasov Dünya Kubokuna vəsiqəni əvvəlki yarışlarda əldə edib. Azərbaycan təmsilçilərindən Rauf Məmmədov da buna nail olub.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.