https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

İspaniya futbolunun keçmiş rəhbərini 15,5 il həbs gözləyir

İspaniya futbolunun keçmiş rəhbərini 15,5 il həbs gözləyir

İspaniya prokurorları İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Anhel Mariya Vilyar üçün 15,5 il həbs cəzası istəyiblər.

525.az QOL.az a istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Vilyar vəzifə səlahiyyətlərindən sui-istifadədə, korrupsiyada və 2007-2017-ci illər arasında bağlanmış müqavilələr üzrə vəsaitləri mənimsəməkdə ittiham olunurdu. Federasiyaya dəyən ziyan 4,5 milyon avro təşkil edib.

Müstəntiqlərin fikrincə, Anhel Mariya Vilyar vəzifəsindən oğlu Qorka Vilyarın maraqlarına uyğun gəlirli müqavilələr bağlamaq üçün istifadə edib. O, İspaniya millisi ilə yoldaşlıq oyunları keçirmək üçün digər ölkələrin futbol federasiyaları ilə müqavilələr bağlayıb. Eyni zamanda, Qorka özünün "Sport Advisers SL" şirkəti vasitəsilə rəqibləri və matçların şərtlərini sseçib ki, bu da federasiyaya maddi ziyan vurub.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Gorka Vilyar da daxil olmaqla, iş üzrə səkkiz müttəhimə qarşı ittiham irəli sürüb. İstintaq onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. Təqsirləndirilənlər arasında müstəntiqlərin 6 il yarım həbs tələb etdiyi RFEF-in keçmiş vitse-prezidenti Xuan Padron da var.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.