https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Santuş yayılan məlumatlara aydınlıq gətirdi

Santuş yayılan məlumatlara aydınlıq gətirdi

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün mətbuatda yayılmış məlumatlarla bağlı fikirlərini bölüşüb.

525.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu xəbərlərin doğru olmadığını bildirib:


"Bu gün mətbuatda yayılmış iki yalan məlumatla tanış oldum. Həmin şayiələri rədd edərək, media nümayəndələri və futbol ictimaiyyəti üçün bu məsələlərə aydınlıq gətirirəm.

Milli komandanın toplanışları zamanı futbolçuların fiziki durumu, məşqə və ya oyuna hazır olub-olmamaları ilə bağlı hər gün tibbi heyətdən tibbi arayış alıram. Belarus yığması ilə matç üçün tibbi rəydə hazır olmadığı göstərilən yeganə oyunçu Şahrudin Məhəmmədəliyev olub. Qapıçımızla aramızda söhbət olub, bundan sonra o, toplanışdan azad edilib və yerinə Əlirza Müştabazadə dəvət olunub. Ümumiyyətlə, məşqçi karyeram ərzində heç vaxt "oynamağa hazır deyil" diaqnozu qoyulan futbolçunu oynatmamışam. Rza Cəfərovun sağlamlıq durumu qaydasında olduğu üçün meydana o çıxıb və çox yaxşı çıxış edib.

Azərbaycan millisində olduğum müddətdə Elvin Cəfərquliyev və Şahrudin Məhəmmədəliyevin bir daha milliyə çağırılmayacaqlarını nə vaxtsa rəsmi və ya şifahi olaraq deməmişəm. Bu barədə yayılan məlumat da həqiqəti əks etdirmir və tamamilə yalandır. Əksinə, adlarını sadaladığım futbolçular bilirlər ki, çağırışlar zamanı həmişə onlara arxalanıram. Elvin haqqında yalnız Haiti ilə oyundan sonra mətbuat konfransı zamanı jurnalistin “Futbolçunu cəzalandıracaqsınızmı”, - sualını cavablandırarkən danışmışam. Cavabım isə belə olub: “Səhv etmək insana məxsusdur və buna görə oyunçunu cəzalandırmamalıyıq”.

Mən həmişə onlara güvənmişəm və sağlam olduqları müddətdə bunu etməyə davam edəcəyəm" - deyə Santuş bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.