https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı

Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına  qələbə ilə başladı

Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir.

525.az xəbər verir ki, 1-ci turda Azərbaycanın 8 təmsilçisindən 5-i qələbə qazanıb.

Son Avropa çempionu Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova rəqiblərini məyus ediblər. Gülnar Məmmədova və Nərmin Abdinova yarım xal qazanıblar. Yeganə məğlub təmsilçimiz isə Lalə Hüseynovadır. 

Avropa çempionatı, 1-ci tur

Ülviyyə Fətəliyeva - Elis Deniele Dikens (İngiltərə) - 1:0

Gövhər Beydullayeva - Salomeya Zaksayte (Litva) - 1:0

Gülnar Məmmədova - Anna Xaçataryan (Ermənistan) - 0,5:0,5

Ayan Allahverdiyeva - Panaqiota Kiousi (Yunanıstan) - 1:0

Yona Reçiça (Kosovo) - Türkan Məmmədyarova - 0:1

Marianna Lamprianu (Yunanıstan) - Səbinə İbrahimova - 0:1

Nərmin Abdinova - Lela Cavaxışvili - 0,5:0,5

Lalə Hüseynova - Yolanta Zavatska (Polşa) - 0:1

Avropa çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq. İlk 10 yeri tutacaq şahmatçılar dünya kubokuna vəsiqə qazanacaqlar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.