https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir

Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir komandada ən uzun müddət çalışmaqda olan məşqçilərin siyahısında yer alır.

QOL.az xəbər verir ki, bu haqda Avstraliyanın “Sporting News” saytının araşdırmasında qeyd olunur.

Araşdırma bir komandada indiyə qədər ən uzun müddət işləməkdə olan məşqçilərə həsr olunub. 2008-ci ilin avqustunda “Qarabağ”ın baş məşqçisi təyin edilən Qurban Qurbanov siyahıda ikinci yeri tutur. O, 16 il 244 gündür ki, Ağdam klubunun baş məşqçisidir.

İlk pillədə isə Almaniyanın “Haydenhaym” komandasının baş məşqçisi Frank Şmitd qərarlaşıb. 51 yaşlı mütəxəssis 2007-ci ildən bu günə qədər indiki vəzifəni yerini yetirir (17 il 197 gün). Beləliklə, Q.Qurbanovu yalnız bu alman mütəxəssis qabaqlayır.

Siyahıda 3-cü yeri İngiltərənin “Harroqeyt Taun” klubunun baş məşqşisi Saymon Uiver (2009-cu il), 4-cü yeri Andorra millisinin baş məşqçisi Koldo (2010-cu il), 5-ci yeri Lüksemburq millisinin baş məşqçisi Lyuk Holts (2010-cu il), 6-cı yeri isə "Atletiko” Madridin baş məşqçisi Dieqo Simeone (2011-ci il) tutur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.