https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Amorim: "O, heç yerə getməyəcək"

Amorim: "O, heç yerə getməyəcək"

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim futbolçusu Bruno Fernandeşin "Real"a keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

QOL.az xəbər verir ki, mütəxəssis həmin məlumatları təkzib edib:

"Bu baş verməyəcək. Bruno heç yerə getmir. Biz gələcəkdə yenidən Premyer Liqanı qazanmaq istəyirik. Ona görə də istəyirik ki, ən yaxşı oyunçular bizdə qalsın...Mən Bruno ilə danışmışam. O, getməyəcək!

Onun 30 yaşı var, amma mövsümdə 50-55 matça çıxdığı üçün hələ çox gəncdir. Əgər ötürmələr və qollardan danışırıqsa, Brunonun bu mövsüm məhsuldarlığı 30-u keçib. Deməli, komandada görmək istədiyimiz oyunçulardan biridir".

Qeyd edək ki, Fernandeş cari mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 16 qol vurub və 16 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.